Anasını evdə başa kişiylə tutan oğul onun boynunu sındırdı – Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI – FOTO

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi – Elvin Allahverdiyevi də yaralayıb.

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.

suvelan cinayet milli az 123 Anasını evdə başa kişiylə tutan oğul onun boynunu sındırdı - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - FOTO

suvelan cinayet milli az 12 Anasını evdə başa kişiylə tutan oğul onun boynunu sındırdı - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button