Su altında daha uzun qalmağın elmi izahı

Su altında nəfəsimizi daha uzun müddət saxlaya bilirik, bəs niyə?

Qlobal.net bildirir ki, bu vəziyyət sadə kimi görünsə də, əslində insan bədənində işə düşən xüsusi bir refleks sayəsində mümkün olur!

Bu təəccüblü qabiliyyətimiz, bütün məməlilərdə olan “məməli dalış refleksi” adlı bir mexanizm sayəsində ortaya çıxır. Refleks üzünüz su ilə təmas etdikdə trigeminal sinir vasitəsilə ötürülən hiss məlumatları ilə hərəkətə keçir.

Bədən avtomatik olaraq nəfəs almanı dayandırır, ürək döyüntüsü yavaşlayır və qan dövranı müəyyən bölgələrə yönləndirilir.

Fizioloji dəyişikliklər, xüsusilə beyin və ürək kimi həyati orqanların oksigen ehtiyacını ödəmək üçün oksigen ehtiyatlarını qorumağa kömək edir.

Nəfəsimizi saxladıqda bədən, ürək döyüntüsünü yavaşladaraq oksigen istehlakını azaldır. Bu prosesdə bədən, aktiv olmayan əzələ qruplarından qan axınını məhdudlaşdırıb həyati orqanlara yönəldir.

Bu yolla daha az oksigenlə daha uzun müddət həyatda qala bilirik.

Xüsusilə təlim keçmiş dalğıclar nəfəslərini uzun müddət saxlamaq üçün bu refleksi xüsusi olaraq məşq edir və inkişaf etdirirlər.

Dalğıc Budimir Šobat 2021-ci ildə nəfəsini su altında tam 24 dəqiqə 37 saniyə saxlayaraq rekord qırdı. Lakin bu müddəti əldə etmək üçün dalışdan əvvəl saf oksigen nəfəs almalı oldu.

Çünki saf oksigen nəfəs alınaraq bədənin oksigen ehtiyatları artırılır və nəfəs alma istəyi gecikdirilir.

Lakin oksigensiz nəfəs saxlama müddətləri də olduqca təsirlidir. Hazırda oksigensiz ən uzun nəfəs saxlama rekordu 11 dəqiqə 35 saniyə ilə başqa bir serbest dalğıca məxsusdur.

Bu refleksin əsas məqsədi olduqca sadədir: Həyatı qorumaq. Məməli dalış refleksi, bədənimizin mövcud ətraf mühit şərtlərinə uyğunlaşaraq həyatda qalmasını təmin edir.

Related Articles

Bir cavab yazın

Back to top button