Maşın radiosundakı mahnının adı necə olur ki, ekranda görünür?
Maşın radiolarında gedən mahnının adı və ifaçının məlumatları necə olur ki, dərhal ekranda görünür?
Qlobal.net bildirir ki, sadə görünən bu texnologiyanın əslində çox daha mürəkkəb bir arxa planı var!
Radionu düşündükdə, hamımızın ağlına musiqi çalan və ya xəbər verən bir cihaz gəlir. Texniki cəhətdən baxdıqda isə radio, elektromaqnit dalğalar vasitəsilə məlumat ötürən bir texnologiya mənasına gəlir.
Bu dalğalar, görünən işıq, UV şüaları və qamma şüaları kimi elektromaqnit spektrumunun bir hissəsidir. Radio dalğaları, məlumat daşıma qabiliyyətləri sayəsində günümüzdə bir çox sahədə istifadə edilir.
Mobil telefon əlaqələri, WiFi bağlantıları, kosmik aparatların dünyaya məlumat göndərməsi kimi bir çox şey radio dalğaları vasitəsilə mümkün olur.
Əgər bir radio stansiyanız varsa və dinləyicilərə musiqi yayımı etmək istəyirsinizsə, musiqi siqnalınızı “daşıyıcı dalğa” adlanan bir dalğanın üzərinə yerləşdirməlisiniz.
Daşıyıcı dalğa, musiqi siqnalını uzaq məsafələrə çatdıracaq qədər güclüdür. Musiqi stansiyaları adətən FM (Frekans Modulyasiyası) istifadə etdiyi halda, xəbər stansiyaları AM (Amplituda Modulyasiyası) metodunu üstün tutur.
Radio dalğaları vasitəsilə yalnız səs deyil, həm də mətn məlumatı göndərilə bilər. Hər bir radio stansiyası, məzmunlarını yaymaq üçün müəyyən bir tezlik aralığına (bant genişliyi) sahibdir.
Bu tezlik aralığının 57 kHz kimi kiçik bir hissəsi; mahnı məlumatları, xəbər yeniləmələri və yol durumu kimi əlavə məlumatların göndərilməsi üçün istifadə edilir.
Bu cür məlumat ötürülməsi, Radio Data Sistemi (RDS) adlanan bir rabitə protokolu vasitəsilə təmin edilir. RDS eyni zamanda saat məlumatı, stansiya detallar, proqram və musiqi məlumatları kimi əlavə məlumatların ötürülməsini də standartlaşdırır.