Gecənin ACI XƏBƏRİ – Ölən və yaralılar var!

Gecənin ACI XƏBƏRİ – Ölən və yaralılar var!

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button