Bakıda məşhur restoran sökülür – FOTOLAR

Bakıda məşhur restoran sökülür – FOTOLAR

Xəbər verildiyi kimi, Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, sökülən obyektlərdən biri də Akademik Şəfayət Mehdiyev küçəsi, 177A ünvanında yerləşən “Antrikot” restoranıdır. Yeni yolun tikintisi ilə əlaqədar artıq restoranın söküntü işlərinə başlanılıb.

Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.

1737195148 5215256656299025935 Bakıda məşhur restoran sökülür - FOTOLAR

1737195107 5215256656299025934 Bakıda məşhur restoran sökülür - FOTOLAR

1737195143 5215256656299025933 Bakıda məşhur restoran sökülür - FOTOLAR

1737195087 5215256656299025932 Bakıda məşhur restoran sökülür - FOTOLAR

Related Articles

Bir cavab yazın

Back to top button