Cəmiyyət
Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? – Özü danışdı

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.
Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb.
O, hazırda iş başında olduğunu bildirib:
“Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm”– deyə Nigar Mehdiyeva qeyd edib.
Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.