Cəmiyyət

Ata marketdə uşağına DƏHŞƏT YAŞATDI – ŞOK OLACAQSINIZ

Türkiyənin Eskişehir şəhərinin Emek məhəlləsində yerləşən bir marketdə baş verən hadisə sosial şəbəkələrdə və ictimaiyyətdə böyük hiddət doğurub.

Qlobal.net xəbər verir ki, şahidlərin çəkdiyi görüntülərdə kiçik bir uşağın atasına vurduğu anın ardından, atanın övladına təpik və sillələrlə hücum etdiyi əks olunur. Uşağın yerə yıxılıb sürüklənməsi isə izləyənlərin ürəyini parçalayacaq qədər ağır mənzərə yaradıb.

Hadisəyə şahid olan market işçiləri və vətəndaşlar göz yaşlarını saxlaya bilməyib, lakin ata sanki heç nə baş verməmiş kimi alış-verişini davam etdirib. Daha sonra o, uşağı ilə birlikdə marketi tərk edib.

Hazırda hadisə ilə bağlı polis araşdırma aparır. Sosial mediada isə minlərlə insan bu hərəkəti “qeyri-insani və qəbuledilməz” adlandıraraq uşaqların təhlükəsizliyi və ailədaxili zorakılığa qarşı ciddi tədbirlərin görülməsini tələb edir.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от ÖLKƏNİN ƏSAS XƏBƏR PORTALI (@xeber.men)

Related Articles

Bir cavab yazın

Back to top button