Hafiz Hacıyev yeni həbslərin ANONSUNU VERDİ: “Adlarını çəksəm, onların ürəyi partlayar”

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Prezidenti Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA- nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278, 274 və 193-cü maddələri ilə ittiham irəli sürülüb.
Qlobal.net xəbər verir ki, məsələ ilə bağlı Bakıvaxtı.az sərt və qalmaqallı açıqlamaları ilə diqqət çəkən Müasir Müsavar Partiyasının sədri Hafiz Hacıyev ilə əlaqə saxlayıb.
Hafiz Hacıyev Ramiz Mehdiyevi “qeyri-ciddi” adlandıraraq, kəskin və sərt ifadələrlə çıxış edib:
“Onu gülləmək lazımdır”.
Müsahibimiz diqqətə çatdırıb ki, o, 2010-cu ildə televiziya müsahibələrindən birində sabiq PA rəhbəri ilə bağlı hər şeyi açıqlayıb.
Partiya rəhbəri onu da qeyd edib ki, hazırda Mehdiyevin ətrafında qorxu və susqunluq hökm sürür; onunla müştərək fəaliyyət göstərən şəxslərin də məsuliyyətə cəlb olunması vacibdir.
Hafiz Hacıyev yaxın vaxtlarda həbs dalğasının baş verəcəyini söyləyib, lakin konkret adlar açıqlamaqdan yayınaraq əlavə edib:
“Mən adları çəksəm, onların ürəyi partlayar. Hər şey gün üzünə çıxacaq”.