Cabir İmanovun məzarından GÖRÜNTÜLƏR

“Yeni Sabah”ın əməkdaşı Bakının Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında mərhumun məzarını ziyarət edib.
Burada fəaliyyət göstərən din xadimlərinin və işçilərin sözlərinə görə, aktyorun məzarı gün ərzində tez-tez ziyarət olunur. Bunu C.İmanovun məzarının ətrafında olan çox sayıda əklil və çələnglərdən də görmək mümkündür. Elə bil qurum yaxud tanınmış şəxs yoxdur ki, onun üçün xatirə çələngi göndərməsin. pizza hut
“Məzarın üstünə hər gün gələnlər olur. Aktyorun doğmaları ilə yanaşı yaşlı adamlar, gənclər də ziyarətə gəlirlər. Bəzən tələbələr dəstə ilə gəlib ziyarət edib gedirlər”, – qəbiristanlıq işçiləri bildirib.
Qeyd edək ki, C.İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.