Cəmiyyət
İnternetdə məşhurlaşan “dilənçi qız”ın elə görüntüləri yayıldı ki… – Polisə müraciət edildi

Son günlər sosial şəbəkələrdə gözlərinin qeyri-adi rəngi ilə məşhurlaşan Aysu adlı şəxs barəsində yeni məlumatlar yayılıb.
Patrul.az-ın redaksiyasına daxil olan şikayətə əsasən, həmin şəxsin əxlaqa və qanunlara zidd hərəkətləri ilə bağlı videogörüntülər ortaya çıxıb.
Məlumatda bildirilir ki, videogörüntülərdə Aysu adlı gənc qızın qəlyan mağazasına daxil olduğu və oradan bir neçə qəlyanı oğurlayaraq ərazidən uzaqlaşdığı aydın görünür.
Hadisə ilə bağlı vətəndaşlar narazılıqlarını bildirərək məsələni hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıblar.
Yaxın zamanda hadisənin təfərrüatları və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.