Bu qədər tərbiyəsizlik olmaz, efiri bazara çeviriblər – Əbdül Xaliddən SƏRT AÇIQLAMA

Müğənni Əbdül Xalid son vaxtlar efirlərdə baş alan biabırçılığa sərt reaksiya verib.
Qlobal.net xəbər verir ki, “İbo ilə şou” verilişində qonaq olan müğənni efirlərdə baş verənləri tərbiyəsizlik adlandırıb və bunun dərhal yığışdırılmasını tələb edib.
“Bu qədər tərbiyəsizlik olmaz. Efiri bazara çeviriblər. Elə bil bir avtobus açılıb, seçmə hamı yığılıb ora və onların hamısını efirə çağırıblar. Nə efir mədəniyyəti var, nə özlərinin mədəniyyəti. Mən həmin aparıcının özünə də demişdim, yığışdır bu bazarı. Bunları hardan tapırsan? Sənət bu deyil. Oxuyun, amma səliqəli təqdim edin. Oxuya bilmirsən, cəhənnəmə oxu. Tərbiyən olsun, efir mədəniyyətin olsun. Bizə böyüklər, ağsaqqallar, uşaqlar baxır. “Hər şey olar” o demək deyil ki, çıxıbr ağzınıza gələni danışın. 3 müğənnidir. Bu efirdən o efirə, bu ona deyir, o buna deyir.
Посмотреть эту публикацию в Instagram