Kişi arvadının xəyanətindən şübhələndi, evə diktofon yerləşdirdi, eşitdiklərindən DƏLİYƏ DÖNDÜ – TƏFƏRRÜAT

Sumqayıt şəhərində sahibkar kişi ona xəyanət etdiyini düşündüyü üçün həyat yoldaşını qət!lə yeti!ib.
Hadisə bu ilin yanvarın 22-də, şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
İttihama görə, 1989-cu il təvəllüdlü Ağabala şəhər ərazisində avtomobil kirayəsi ilə məşğul olub. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbinə isə evdar qadın olub. Cütlüyün birgə nikahdan 3 övladları olub.
Bir gün Ağabala həyat yoldaşı Səbinənin telefonuna baxarkən “Whatsapp”da yazılan mesajın silindiyini görüb. Bu səbəbdən arvadının xəyanətindən şübhələnməyə başlayıb. O, Səbinənin telefonunun “WhatsApp” mesencerini öz mobil telefonuna yönləndirib və qadını izləyib. Bununla yanaşı, Ağabala öz mobil telefonunun səsyazma proqramını aktiv edərək, smartfonu evin girişindəki dolabın üstünə qoyaraq evdən çıxıb. Telefon evdə iki gün bütün səsləri qeydə alıb.
İki gündən sonra o, telefonu götürüb səs yazılarına qulaq asanda, evə yad kişinin gəldiyindən əmin olub. Ağabala gecə saat 3 radələrində həyat yoldaşını oyadaraq həmin səsin kimə məxsus olduğunu soruşsa da, Səbinə heç nəyi etiraf etməyib.
Kişi qısqanclıq səbəbindən mətbəxdən götürdüyü bıça!la arvadına 18 bıçaq zər!əsi endirərək onun həyatına son qoyub.
O, daha sonra könüllü şəkildə polisə təslim olub və hadisəni etiraf edib. Polis əməkdaşları Ağabalanı saxlayıb və istintaqa təhvil veriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağabala 18 il azadlıqdan məhrum edilib.