Şou-biznes

Xalq artistlərinə geyimlərinə görə söz deyə bilməzsiniz, çünki… – Yaşar Nurinin xanımı OD PÜSKÜRDÜ

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım qızına görə etiraz edib.

Qlobal.net xəbər verir ki, buna səbəb aktyorun qızı Ülkərin geyim tərzinə “Elgizlə izlə”də irad bildirilməsi olub.

Efirə canlı bağlantı ilə qoşulan Rəhimə xanım bunları söyləyib: “Orada əyləşənlərin başqa söhbəti yoxdur? Bütün şou-biznes Yaşar Nurinin qızının geyimi üzərində qurulub? Qızı təkləmisiniz. Hərəsi bir tərəfdən deyir. O, evdən yanımdan çıxır, ana kimi zövqüm də var, təcrübəm də. O boyda aktyorun özünü, qızlarını geyindirmişəm. Fikirlərinizi dəqiqləşdirib, mövzunu lazım olan istiqamətə yönləndirin. Xalq artistləri də var…. Siz onlara söz deyə bilməzsiniz, çünki statusları var. Onların geyimindən danışsaq, heç studiyaya çıxıb cavab vermirlər”. (Bizim.Media)

Related Articles

Bir cavab yazın

Back to top button