Məşhur həkim Cabiri öldürən davranışlardan yazdı: “Daha çox yandım”

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Günay Rəhimova əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Facebook hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.
O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:
“1. Əvvəla, o məkanlarda həqiqətən də peşəkar məşqçilər olmalıdır. Hansılar ki, ilkin tibbi yardımı həkim səviyyəsində bilir;
2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;
3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır – əsl kağız, yalançı yox;
Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.
Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız”.
Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:
“Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə”.