Cəmiyyət
Cabir İmanovun ölümünə şahid olan jurnalistdən TƏSİRLİ SÖZLƏR

“Gözəl insan Cabir İmanov məşq prosesində vəfat etməyib”.
Qlobal.net xəbər verir ki, Bunb jurnalist Elvin Elxan öz sosial şəbəkə hesabında yazıb.
Mərhum Cabir İmanovla birlikdə eyni idman zalında məşq edən E.Elxan əməkdar artistin ölüm anına şahid olub.
Jurnalist həmin anları belə şərh edib: “Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı.
Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi.
Allah rəhmət eləsin!”