
Bağışlamaqla arası olmayan bürclər
Astrologiyada bürclərin xarakterləri onların münasibətlərinə də təsir edir. Bəzi bürclər çox mehriban və bağışlayan olsa da, bəziləri qəlblərinə dəyən incikliyi asanlıqla unutmur.
Qlobal.net bildirir ki, onlar üçün bir dəfə pozulan inamı bərpa etmək çətindir. Gəlin, bağışlamaqda çətinlik çəkən bürclərə nəzər salaq.
Əqrəb
Əqrəblər çox emosional və qürurlu olduqları üçün xəyanəti və aldatmağı əsla bağışlamırlar. Onlar bir dəfə zərbə aldıqda həmin insanı həyatlarından birdəfəlik silə bilərlər. Əqrəbin qəlbi çox dərin olduğundan, onun etibarını qırmaq ağır nəticələr doğura bilər.
Oğlaq
Oğlaqlar ciddi və prinsipialdır. Onlar həyatlarında səliqə və nizam istəyirlər. Əgər kimsə onları aldatmaq və ya xəyanət etməklə yanıldarsa, Oğlaq bunu uzun müddət unutmur. Onun üçün etibar hər şeydən üstündür.
Qız
Qız bürcləri incə düşüncəli və analitikdir. Onlar hər şeyi dəqiqliklə analiz etdikləri üçün bir dəfə xəyanət gördükdə bunu daim xatırlayırlar. Qız bürcü insanları üçün bağışlamaq asan deyil, çünki onlar “təkrar ola bilər” qorxusu ilə yaşayırlar.
Buğa
Buğa bürcləri sabitlik və güvənlik axtarır. Əgər bir insana güvəniblərsə, ona bütün varlıqları ilə bağlanırlar. Amma həmin güvən sarsıldıqda Buğa üçün bağışlamaq çox çətindir. Onlar daha çox küsəyən və qısqanc təbiətə malikdirlər.
Şir
Şirlər qürurları ilə tanınırlar. Onların qəlbini qırmaq, aldatmaq və ya etimadını itirmək demək olar ki, sonu olmayan bir səhvdir. Şir insanı özünü yüksək qiymətləndirdiyi üçün təhqir və xəyanəti əsla qəbul etmir.
Fidan
Qlobal.net