Paşinyanın arvadı məşhur türk aktyorla eşq yaşayır – FOTO

Rusiya mediasında və sosial şəbəkələrdə son günlər şok iddialar gündəmdən düşmür.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın türkiyəli məşhur aktyor Can Yamanla gizli eşq münasibətində olduğu barədə məlumatlar yayılıb.
İddialara əsasən, Anna Akopyan və Can Yaman son aylarda bir neçə dəfə Avropada gizli görüşüblər. Hətta bildirilir ki, Akopyan bu görüşlər zamanı diplomatik pasportdan istifadə edərək izlənmədən yayınıb.
Maraqlıdır ki, bu qalmaqallı xəbərlərin təkcə şəxsi həyat müstəvisində deyil, həm də siyasi kontekstdə rezonans doğuracağı istisna edilmir. Can Yaman kimi məşhur türkiyəli bir simanın belə iddiaların mərkəzinə çəkilməsi, xüsusilə də Türkiyə-Ermənistan münasibətlərinin gərgin olduğu bir dönəmdə, regiondakı siyasi ab-havaya yeni suallar əlavə edir.
Qeyd edək ki, nə Anna Akopyan, nə də Can Yaman indiyədək bu məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. Ermənistan hökuməti də yayılan iddialara münasibət bildirməkdən çəkinib.
Bununla yanaşı, bəzi müşahidəçilərin fikrincə, Rusiya mediasının bu cür xəbərləri məqsədli şəkildə gündəmə gətirməsi də ehtimal olunur. Belə ki, Paşinyanın qərbə meyillənən siyasəti Kremlin maraqlarına zidd olduğundan, Moskvanın onun və ailəsinin nüfuzunu zəiflətmək üçün bu cür kompromat xarakterli məlumatlardan istifadə etdiyi iddia edilir.