Şou-biznes
Zuhal Topalın proqramında azərbaycanlı xanım qalib oldu – VİDEO

Türkiyədə yayımlanan “Zuhal Topalla yemekdeyiz” proqramında Ruha adlı azərbaycanlı iştirakçı milli mətbəximizin təamları ilə yarışıb.
Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, yarışmacı müsabiqədə digər iştirakçılara albalılı pomidor salatı, dovğa, dolma, plov, “Cheescake” təqdim edib.
O, rəqiblərindən 33 xal toplayıb. Yarışmacılardan yalnız biri Ruhaya az – 5 xal verib. Onun bu addımına qarşılıq proqramın aparıcısı Zuhal Topal bişirilən yeməklərin ləzzətinə haqsızlıq edildiyini dilə gətirib. Digər rəqibləri isə yeməkləri 9, 9 və 10 xalla qiymətləndirib.
Onlar xüsusən Azərbaycan aşını çox bəyəndiklərini vurğulayıblar.