Şou-biznes

Fərqanə ilə Nigar arasında buzlar əridi

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova müğənni Nigar Camala barışıq əli uzadıblar.

Qlobal.net xəbər verir ki, onlar “Rəngarəng” verilişində qonaq olarkən Nigar Camalı öz konsertlərinə dəvət ediblər.

Muğam ustası bildirib ki, bizim düşmənçiliyimiz yoxdur:

“Barışdıq, sülh yaratdıq. Nigar xanımla bizim düşmənliyimiz yoxdur. Gəlsin, konsertimizə baxsın, şərəf duyarıq”.

Nigar Camal hələlik bu çağırışa cavab verməyib.

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqal “DreamFest”də Nigar Camalın geyiminə görə yaranmışdı.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от shownews by İsa Şükürov (@show_news)

Related Articles

Bir cavab yazın

Back to top button