Şou-biznes

Atam dünyanı dağıdır ki.. – Xatirədən Tacirə CAVAB

Müğənni Xatirə İslam onun ilk müəllimi olduğunu deyən həmkarı Tacir Şahmalıoğlunun iddialarını cavablayıb.

Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, ifaçı T.Şahmalıoğlununun ona dərs demədiyini vurğulayıb.

Xatirə T.Şahmalıoğlunun onun atasını vəfat etmiş kimi təqdim etməsinə isə etirazını bildirib:

“Atam dünyanı dağıdır ki, mən ölməmişəm. Tacir müəllim, sizə də, səsinizə də qurban olum. Bizim böyük sənətkarımızsınız. Fəxr edərəm ki, sizin kimi müəllimim olub. Demisiniz ki, rəhmətlik atası əlindən tutub yanıma gətirib. Amma mənim atam vəfat etməyib, sağdır. Yəqin, səhv salmısınız. Qapım hər zaman üzünüzə açıqdır. Siz mənim üçün çox dəyərlisiniz. Sizin yanınızda 6 ay çalışmışam. Məni toylara aparmısınız, bir çox mahnıları, oxumaq texnikalarını yanınızda öyrənmişəm. Bununla razıyam. Amma tələbə kimi… Öyrətmirdiniz axı. Tələbə kimi siz mənə hansı mahnını öyrətmisiniz? Belə də ki, siz nə deyirisinizsə, odur. Sənətdə də, yaşda da məndən böyüksünüz”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Günə uğurla” verilişində “Xatirə İslam mənim tələbəm olub. İlk sənətə gələndə mən dərs demişəm. Atası Novruz müəllim əlindən tutub yanıma gətirib, deyib, qızım sənin kasetinlə yatıb-durur. İstəyirəm ilk məsləhəti sən verəsən. 6 ay ona dərs demişəm” deyə, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button