Azərbaycanda qadınlara pul paylayan Yusif kimdir? – Tolik DİN-ə müraciət etdi

Bu gün Azərbaycanda, yaxud ölkə xaricində fəaliyyət göstərən bəzi adlar var ki, əslində mövcud olub-olmadıqları belə məlum deyil. Bir-iki nəfərə yüz manat, əlli manat verib reklam çəkdirməklə sanki Azərbaycan qadınlarını, qızlarını uçuruma aparırlar. Məlum deyil, bu “Yusif” deyilən şəxs var, ya yoxdur. Orada görünən insan kimdir, nədir? Bu nə oyundur, nə qumar oyunudur, nə məna daşıyır?
Qlobal.net xəbər verir ki, bunu aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə açdığı canlı yayımda deyib.
O bildirib: “Mən düşünürəm ki, belə insanlarla yanaşı, bu rolu oynayan qadınlar da dəvət olunub araşdırılmalıdır. Çünki onlar müəyyən məbləğ qarşılığında belə çəkilişlər edirlər və nəticədə bəzi sadəlövh qadınlarımız, təmiz qızlarımız bu cür şeylərə aldanırlar.
Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidirlər.”
Посмотреть эту публикацию в Instagram