Şou-biznes

Borcudur üzr istəmək – Nazilə Fatiməni həbslə TƏHDİD ETDİ

Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva haqda şok açıqlamalar edib.

Qlobal.net xəbər verir ki, aralarındakı məhkəmə çəkişməsinə toxunan şairə deyib ki, məhkəmənin qərarı ilə Fatimə ondan üzr istəməlidir: “Udmuşam, əcəb etmişəm. Üzr istəyəcək! Borcudur üzr istəmək. Yalvara-yalvara efirə çağırırsız, sonra da insanı canından bezdirirsiz. Üzr istəmirsən? O qanun, o polis, o məhkəmə, o sən, o türmə. Əgər orda-burda süfrələrdə “məndən heç nə gözləməsin” deyib lovğalanırsa, uşağının atasının belə ona elədiyi bir jesti süfrədə açıqlayırsa və bunun səsi yazılırsa və mənə gəlirsə, mən ona görə bu qədər rahatam. Qərarın icrası ləngiyir. Sənəd arxivə atılır. Mən bu məsələni böyüdəcəm. Bu xəmir çox su aparacaq. Demişdim mənə heç kim dəyməsin. Dəydi, indi vəzifəsindən sui-istifadə edənlər də cəzasını çəksin. Bu dediklərim faktdır və əlimdə sübutlar var”.

Qeyd edək ki, tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от 🇦🇿SİYAH.SANCAG🇦🇿 ŞOU BİZNES XƏBƏRLƏRİ (@siyah__sancag)

Related Articles

Bir cavab yazın

Back to top button