“Komedixana” Zarina Qurbanova haralıdır və neçə yaşı var?

Xəzər TV-də yayımlanan və böyük tamaşaçı toplayan “Komedixana” verilişinin sevilən aktrisalarından biri də Zarina Qurbanovadır.
Qlobal.net bildirir ki, Zarina 17 dekabr 1990-cu ildə Sumqayıt şəhərində hərbçi ailəsində dünyaya gəlib. O, öncə 190 nömrəli, ardınca isə 191 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-2004-cü illərdə Rusiyada yaşayıb.
Zarina 3 nömrəli musiqi məktəbin vokal bölməsində musiqi təhsili də alıb. Həmçinin, həmin dövrdə muğam, rəssamlıq və rəqslə də məşğul olub. “7 il vokal və 7 il muğam təhsili almışam. Yəni mən təhsilli bir insanam. Elə müğənni var, mənə deyir, sənin təhsilin var, amma mənim yoxdur. Mən üzərimdə işləməli idim. Bu mənim sənətim olmadığı üçün işləmədim. Amma işləsəydim, ifaçılıq sənətini də davam etdirə bilərdim. Mən sadəcə aktyoruluq sənətini seçdim çünki bu peşəni sevirəm. Əsl ixtisasımsa rejissorluqdur” o deyib. O, 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub. Zarina tələbəlik illərindən istedadını göstərməyə başlayıb, seçilən gənclərdən olmağı bacarıb. O, 2012-ci ildə universiteti qırmızı diplomla bitirib. Zarinanın fərqlənmə diplomu ilə universiteti bitirməsi isə nə müəllimləri, nə də tələbə yoldaşları üçün sürpriz deyildi. Əksinə, onun olduqca istedadlı olması səbəbiylə bu uğura yiyələnəcəyini gözlənilirdi.