2 uşaq anası başqa kişiyə qoşulub qaçdı
Şəkidə 23 yaşlı qadın itkin düşüb.
Bu barədə “Xəbərsiz.az” İnstaqram səhifəsinin qaynar xəttinə məlumat daxil olub.
Belə ki, 08.03.2002 -cı il təvəllüdlü Gülverdiyeva Sevinc Gülverdi qızı 01.09.2025-ci il tarixində evdən çıxıb və geri dönməyib.
Həyat yoldaşının sözlərinə görə, o, naməlum şəxsə qoşularaq Gəncə şəhərinə gedib:
“Ayın 1-i Şəki rayon Aşağı Layısqı kəndidə yaşadığımız evdən çıxarkən iki azyaşlı övladını qoyub və nəmalum şəxsə qoşularaq Gəncə şəhərinə gedib”.
Qeyd edək ki, Gülverdiyeva Sevincin 5 yaşında oğlu və 3 yaşında qızı var.
Həyat yoldaşının bildirdiyinə görə, Sevinc Şəki rayon Psixatriya xəstəxanasında “Nevrasteniya” diaqnozu ilə qeydiyyatdadır, əsəb problemləri var.
Gülverdiyeva Sevinc Gülverdi qızı hazırda Şəki rayon Polis idarəsi tərəfindən itkin şəxs kimi axtarışdadır.