Afət Fərmanqızı axtarışa verildi – Bu səbəbdən

Qlobal.net xəbər verir ki, müğənni Vəfa Şərifovanın sosial şəbəkədə təhqir olunması ilə bağlı məhkəmə prosesi artıq hüquqi müstəviyə daşınıb.
Məlumata görə, Afət Fərman qızının müğənni Vəfa Şərifovanı sosial şəbəkədə təhqir etməsi faktı üzrə xüsusi ittiham qaydasında şikayət Tovuz Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib. Afət Fərman qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və onun barəsində axtarış qərarı çıxarılıb.
Müğənni Vəfa Şərifova məsələ ilə bağlı açıqlamasında məlumatın doğruluğunu təsdiqləyib. O, bildirib ki, cinayət işinin müdafiəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Elməddin Məhərrəmov tərəfindən aparılır. Şərifovanın sözlərinə görə, vəkilin peşəkarlığı və məhkəmənin ədalətli mövqeyi nəticəsində Afət Fərman qızının qanun qarşısında cavab verməsi təmin ediləcək:
“Ədalət mütləq öz yerini tapacaq. Hüquqi dövlətin və peşəkar hüquq müdafiəçisinin dəstəyi ilə təhqir və böhtan yayan hər kəs məsuliyyət daşıyacaq”.
Bu hadisə bir daha göstərir ki, sosial şəbəkələrdə vətəndaşların şərəf və ləyaqətini alçaldan ifadələr hüquqi məsuliyyət doğurur və məhkəmə tərəfindən ciddi şəkildə araşdırılır. (patrul.az)