Şou-biznes
Səidə Sultana 100 min dollarlıq hədiyyə verdilər – Görün kim

Səidə Sultan ərinin ona hədiyyə etdiyi 100 min dollarlıq maşından imtina etdiyini bildirib.
Qlobal.net xəbər verir ki, ifaçı bu barədə “Rəngarəng” verilişində danışıb.
Müğənni artıq şəhərdə maşın sürmək istəmədiyini bildirib: “5 ildən artıqdır ki, maşın sürmürəm. Evdə vermək istəyirlər, amma qəbul etmirəm. Elə bir dönəmdəyəm ki, dünya malında gözüm yoxdur. Heç nə məni təəccübləndirə bilməz. Mən şəhərdə maşın sürmək istəmirəm. İndi qaydalar daha ciddidir. Mən də qaydalara uymayan adamam. Ona görə də sürməsəm daha yaxşıdır”.
(yenisabah.az)