Əri istintaqda Rəqsanənin üzünə durub? – Vəkilindən AÇIQLAMA

Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov barəsində cinayət işi başlanılıb. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Bəs F.Əmiraslanov barəsində həyat yoldaşından fərqli olaraq, həbs olunmaq əvəzinə polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinin səbəbi nədir? F.Əmiraslanov istintaqa nələr deyib? İttihamı qəbul edirmi? Zərərçəkənə dəymiş ziyanı ödəyəcəkmi?
Bütün bu sualları TV Müsavatın baş redaktoru və aparıcısı Sevinc Telmanqızı F.Əmiraslanovun vəkili Ramal Şahmarovdan soruşub.
Müsahibə zamanı vəkil həmçinin müvəkkilinin azadlıqda qalmaq üçün müğənninin əleyhinə ifadə verməsi ilə bağlı iddialara da aydınlıq gətirib.
Müsahibənin videosu aşağıdakı linkdə: