Cəmiyyət

Psixoloq Nilufərin ölümü ilə bağlı SENSASİON FAKTLAR – Əməliyyatdan dərhal sonra…

Keçmiş müstəntiq Müşfiq Abbasov əməliyyatdan sonra dünyasını dəyişən psixoloq Nülufər Abdullanın ölümü ilə fikir bildirib.

Qlobal.net xəbər verir ki, onun bu haqda paylaşımını təqdim edir:

“Bayaq bir neçə gün əvvəl “Etalon” klinikasında keçirdiyi cərrahi əməliyyatdan sonra dünyasını dəyişən psixoloq Nilufər Abdullanın bacısının “Baku TV”-yə verdiyi müsahibəyə baxıram və dəhşətə gəlirəm. Nilufər xanım əməliyyatdan dərhal sonra reanimasiyaya yox, palataya köçürülüb. Palatada isə ona qoşulmuş cihazın söndürülməsi nəticəsində xəstədəki kritik durum vaxtında aşkara çıxarılmayıb və nəticədə xəstə həyatını itirib. Müsahibin verdiyi məlumata görə “Etalon” klinikasında heç reanimasiya şöbəsi yoxdur. Bu, biabırçılıq olmaqla bərabər həm də cinayətdir. İstər klinika rəhbərliyinin, istərsə də əməliyyat edən həkimin əməllərində səhlənkarlıq var və bunun nəticəsində ağır nəticə baş vermişdir. Fakta görə cinayət təqibi həyata keçirilməli və təqsirli şəxslər məsuliyyətə alınmalıdir”.

Related Articles

Bir cavab yazın

Back to top button