Şou-biznes

Başqa kişi ilə əl-ələ görüntüləndi: Ərindən boşanıb?

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpurun uzun müddətdir iran əsilli biznesmen Manuçehr Əhədpurla boşanması haqda iddialar yayılıb.

Axşam.az xəbər verir ki, bu dəfə TikTok-da Diananın başqa bir kişi ilə əl-ələ videosu yerləşdirilib.

Görüntülərin Parisdə lentə alındığı qeyd olunub. Onlar “Rolls Royce” markalı avtomobildən düşür və əl-ələ tutub gəzirlər. Videonu 1,2 milyon izləyicisi olan və Monako, Fransada sevgilisi ilə dolaşan milyonçuların həyat tərzini nümayiş etdirən “Pistons brothers” adlı səhifə yayıb. Onlar daha sonra görüntüləri siliblər.

Qeyd edək ki, Diana bir müddətdir haqqında gəzən boşanma iddialarına cavab verərkən “Boşanmıram. Əl çəkin, boşanmıram” (gülür). Haqqımda boşanmağımla bağlı mif gəzir. Bu, ən gülməlisidir. Və bu mifin haradan və nə üçün çıxdığını da yaxşı bilirəm. Amma boşanmadan da öz həyatınızı yaşaya bilərsiniz. Haqqımda deyilənlərin yüzdə əllisi həqiqət, qalanı fantaziyadır” sözlərini demişdi.

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Axşam.az (@axsamaz)

Related Articles

Bir cavab yazın

Back to top button