Bakının mərkəzində ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİ: Binanın başından… – ANBAAN VİDEO

Bakıda ərəb turistlərin növbəti dəfə qalmaqallı hərəkətləri müzakirələrə səbəb olub.
Qlobal.net xəbər verir ki, paytaxtın mərkəzində – İSR plazanın arxasında, Okean marketin üstündə yerləşən ərazidə bir qrup turistin insanlara qarşı yolverilməz davranışlar sərgilədiyi bildirilir.
Görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əksini tapıb.
Ətrafdakı şahidlər bu şəxslərin ərəb turistlər olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsə də, turistlər öz hərəkətlərini davam etdiriblər.
Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda davranışları bir neçə dəfə ictimai narazılıq doğurub. Belə ki, ötən günlərdə bir qrup ərəb turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər etməsi də geniş rezonans yaratmış, sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdu.
Посмотреть эту публикацию в Instagram