Cəmiyyət

Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb – TƏFƏRRÜAT

Xəzər rayonu Türkan qəsəbəsində gənc qız iki dəfə evli olub boşanmış 4 uşaq atası ilə qaçıb.

Şikayətçi Afər Əhmədağa oğlu Əmirov KİV-ə müraciət edərək qızı Aytac Əmirlinin pula görə qaçırıldığını bildirmişdi.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Türkan qəsəbə sakini Aytac Əmirli öz istəyi ilə Əfqan Əflat oğlu İmamməmmədovla qaçıb.

Eyni zamanda o da məlum olub ki, Əfqan və Aytac xalaoğlu-xalaqızıdırlar.

Afər Əmirov qızının zorla və pula görə qaçırıldığını bildirsə də, bu iddialar öz təsdiqini tapmayıb. Aytac Əmirli ailə qurmaq məqsədilə ilə Əfqan İmamməmmədovla qaçdığını bildirib.

O da məlum olub ki, Əfqan İmamməmmədov əvvəllər iki dəfə evli olub və 4 uşağı var.

Related Articles

Bir cavab yazın

Back to top button