Cəmiyyət

Məşhur rəqqasəni otelində güllələdi, 4 il gizləndi – O gecə “Qarabağ” otelində nə baş vermişdi?

Söz açacağımız hadisə 1998-ci ilin 28 dekabrında baş verib. Lakin təqsirləndirilən şəxs bu hadisədən düz 4 il sonra cəzalandırılıb. Bununla belə təqirləndirilən şəxs də məhkəmədə sonar qədər hadisəni törətmədiyini iddia edib.

Qlobal.net xəbər verir ki, söhbət məşhur rəqqqasə Rasimə Bəşirovanın Bakıda restoranda o zamanın məşhur iş adamı tərəfindən güllələnməsindən gedir…

Həmçinin oxu: Samir Bağırova görə öldürülən rəqqasənin bacısı SİRLƏRİ AÇDI: ailəsi dağıldı, hamı ondan…

Hadisə Nərimanov rayonundakı Qarabağ restoranında baş verib. Məşhur rəqqasə Rasimə Bəşirova gecə saatlarında güllələnir… Lakin hadisəni törətməkdə təqsirli bilinən Qarabağ və Zümrüd restoranlarının sahibi, məşhur iş adamı Şeyda Novruzovu gördüm deyən olmur…

Qayıdaq həmin məşum qış gecəsinə. 1977-ci il təvəllüdlü Rasimə Bəşirova 1990-cı illərin ortalarından başlayaraq Bakıdakı Zümrüd və Qarabağ restoranlarında rəqqasəlik edir. 1996-cı ildən etibarən bu gün Azərbaycan şou-biznesinin önündə gedən şəxslərlə dostluq edir, onlarla məclislərdə iştirak edir…

Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Samir Bağırov və başqaları… Elə həmin vaxtlarda da imkanı və pulu ilə tanınan biznesmen Şeyda Novruzovla tanış olub. Rasimə ilə aralarında böyük yaş fərqi olsa da, Şeydanın həmin zaman yoldaşı, övladları olsa da, onlar 3 il sevgili olublar. Şeyda Rasimənin istədiyi hər şeyi edir, onun layihələrinə maddi dəstək verir və dəbdəbəli həyat yaşaması üçün imkanlar yaradır.

1998-ci ilin 27 dekabrı da elə günlərdən biridir. Rasimə Bəşirova həmin axşam saat 21:30-da yaşadığı 3-cü mikrarayondakı Əliyev küçəsi bina 38 ünvandan çıxaraq taksi ilə Qarabağ restoranına gedir. Hər gecə saat 2-də, 3-də evə qayıdan Rasimə bu dəfə qayıtmır. Nigaran qalan ailə üzvlərinə yalnız 2 gün sonra, dekabrın 29-u bəlli olur ki, odlu silahdan açılan atəş nəticəsində yaralanaraq təcili yardımla xəstəxanaya aparılan, reanimasiyaya yerləşdirilən Rasimə artıq dünyasını dəyişib.

Hadisə yeri Nərimanov rayon 28-ci polis bölməsinin və prokurorluğun əməkdaşları tərəfindən müayinə olunur. Qarabağ restoranının zalında sınıq araq şüşəsi, sınıq qədəhlər və yerdə mərmər parçası aşkarlanır. Maddi sübutlardan ən əsası isə yerdən tapılmış 1 ədəd tapança gilizi olur. Şahidlər hadisənin restoranın sahibi Şeyda Novruzov tərəfindən törədildiyini iddia edir. Səhəri günü Rasimə Bəşirova Keşlə qəbiristanlığında dəfn olunur.

Dekabrın 31-də rayon prokurorluğunda həmin vaxt qüvvədə olan cinayət məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz odlu silah gəzdirmə maddələri ilə ciayət işi açılır. Şübhəli bilinən Şeyda Novruzov isə tapılmadığından barəsində axtarış elan olunub.

Davamı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button