Ondan belə bir səhv gözləməzdim – Alim Qasımovdan Nigara CAVAB

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə Nigar Camalın arasında baş vermiş qalmaqala münasibət bildirib.
Xalq artisti Teleqraf-a açıqlamasında müğənni Nigar Camaldan bu rea’ksiyanı gözləmədiyini deyib.
Onun sözlərinə görə, qızı barədə Nigar Camalın ittihamı səhvdir: “Nigar Camaldan belə bir səhv gözləməzdim. Əslində, hamımız müəyyən kölgələrin altındayıq. Bu dünyada hər şeyin bir səbəbkarı var. Əgər səbəbkar olmasa, Allah da bizə yardım etməz. Hamımız ustadlarımızdan, böyük sənətkarlardan dərs almışıq.
Bəziləri kiminsə kölgəsində qalıb, bəziləri isə həmin kölgədən çıxmağı bacarıb. Şükürlər olsun ki, Fərqanə Qasımova kölgədə qalmayıb. Onun solo konsertləri olub, özü isə çox istedadlı bir sənətçidir. Xahiş edirik ki, bu məsələdən qalmaqal düzəldilməsin”.
Qeyd edək ki, 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal baş verib.
Buna səbəb Fərqanə Qasımovanın Nigar Camalın ge’yimi haqqında yazdığı “Kəsmə yollarla önə getmək, əlbəttə, çox rahatdır – türk qardaşlarımız demişkən” şərhi olub.
Nigar Camalın Əməkdar artistə cavabı gecikməyib: “Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir də’stəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının ge’yimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hö’kmü ilə ölçülə bilməz.
Hər bir qadın istədiyi kimi ge’yinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hi’cablı olub, namaz qılıb, başqasına bö’htan atmaq günahdır. Hi’cab taxıb, eyni zamanda bə’dənşəkilləndirmə ə’məliyyatı etdirmək də gü’nahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.