Aysunun yeni sevgilisi GÖRÜN KİMDİR – Tanınmış iş adamıdır – VİDEO

Müğənni Aysun İsmayılovanın yeni sevgilisinin kimliyi ilə bağlı iddialar yayılıb.
Qlobal.net xəbər verir ki, Aysunun gənc iş adamı Turqut Hüseynovla eşq yaşadığı iddia olunub.
Buna səbəb müğənninin bu gün ürək emojisi ilə paylaşdığı maşın videosu olub.
Belə ki, avtomobilin nömrəsi ilə T. Hüseynovun maşının eyni nömrədə olması diqqətdən qaçmayıb. İzləyicilər bununla bağlı iddialarını şərh bölməsində yazıblar.
Aysun bir müddət öncə sözügedən iş adamının şirkətinə çəkilişə getmişdi.
Qeyd edək ki, Aysun həm də yanındakı bəyin üzünü gizlədərək əl-ələ fotosunu paylaşıb. (Bizim.Media)
Paylaşımına “Hər kəs sussun, qəlbim danışır” qeydi əlavə edən Aysun bu sözlərlə öz hisslərini ifadə edib. Sosial media istifadəçiləri ifaçının paylaşımına çoxsaylı rəy yazaraq, onun xoşbəxtlik arzulayıblar.
Müğənni yeni sevgilisi ilə hətta Qəbələyə tətilə yollanıb. Məlumata görə, eyni vaxtda bir neçə tanınmış bloqer cütlük də Qəbələdə istirahət edir. (Yenisabah.az)