Cəmiyyət

“Qız çılpaq rəqs edir, qocalar sakit otura bilmirdilər…” – Azərbaycanlı yazıçının qeydləri

Mərhum Həsən Seyidbəylinin “Gördüyüm yerlər” adlı yol qeydlərində maraqlı xatirələr çoxdur. “Bizim Cəbiş müəllim”, “Nəsimi” və s. filmlərdən tanıdığımız yazıçı-kinodramaturqun keçmiş Yuqoslaviyaya səfəri də bu sıradandır. Onun Zaqrebdə keçirdiyi günlərdə qarşılaşdığı hadisələrdən bir gecə saatlarında olub.

Qlobal.net xəbər verir ki, rejissor striptiz klubda keçirtdiyi zaman barədə yazır:

“Gecə restoranlarının işi əsasən saat 12-dən sonra başlayır. 12-yə bir az qalmışdı. Biz yuqoslaviyalı dostlarımızla söhbət edir, yavaş-yavaş camaat dolu olan salona diqqət yetirirdik. Gələnlərin içərisində qadınlar da, hətta yetmiş, səksən yaşlı şux qocalar da var idi.

Yuqoslaviyalı dostlarımız bizə dedi ki, bu qocalar xaricdəndir, özü də pullu adamlardır, vaxtlarını belə yerlərdə keçirirlər. Yuqoslaviyada biz kapitalist ölkələrindən, xüsusilə, ABŞ-dən gələn turistlərin ədabazlıqları, onların mənfur adətlərini yaymağa imkan verənlər barədə çox acı şikayətlər eşidirdik.

…Birinci nömrəni elan etməyə başladılar… Bir qızla bir oğlan çıxıb oynamağa başladılar… İspan musiqisinin müşayiəti ilə oynayıb getdilər. Sonra həmin qız və oğlan başqa rəqsi oynamaq üçün yenə meydana gəldilər. Bu dəfə onaların paltarları camaatın uğultusuna səbəb oldu.

Oğlan çox tarım çəkilmiş şalvar geymişdi, daha doğrusu, reytuz idi. Qız isə əyninə paltar əvəzinə tor kimi bir şey geymişdi. Bu torun arxasında onun bütün bədəni hiss olunurdu.

Oyunun xarakteri də, onların hərəkətləri də bayaqkından çox seçilirdi. Bu oyunun süjeti var idi. Bu süjet erotik xarakter daşıyırdı. Mən salondakılara tamaşa edirdim. Deməli, bu qədər adam sənətə heç bir dəxli olmayan bu rəqslərə, çıxışlara baxmaq üçün bura gəlir, xüsusilə, qocalar, şıq geyinmiş ağ saçlı qocalar, üzü qırışlı, kirşanlı, qrimli qocalar. Onlar çox həvəslə əl çalırdılar.

Nəhayət, bayaq birinci stol arxasında oturmuş sinəsi, kürəyi açıq sarı saçlı qız meydana çıxdı. Meydanda görünən kimi onu alovlu alqışlarla qarşıladılar. 22-23 yaşı olardı. Çox inamla hərəkət edir, ərköyün baxışlarla salonu nəzərdən keçirir. Xüsusilə, qocalara elə baxırdı ki, elə gülümsünürdü ki, sanki onlar bu qızın əsl yaşıdları idilər.

Orkestr ritmik bir hava çaldı. Qız oynamağa başladı. Əslində, bu oyun deyildi. Bu, adi striptiz idi. Qız musiqinin ritmi ilə hərəkət edir, gah yaxasını açır, gah koftasını açır, gah yubkasını, gah yaylığını bir yana tullayırdı. Qız şeylərini o yan-bu yana tulladıqca salondakılar vəcdə gəlir və hamı fərəhlə çığırır, ona “afərin” deyirdilər. Xüsusilə, qocalar! Sakit otura bilmirdilər. Onlar yerlərindən sıçrayıb qızı öz dillərində tərifləyir, daha da qızışdırırdılar.

Bizə elə gəldi ki, bu soyunmanın da müəyyən hüdudu olacaq, lakin biz düşünən kimi olmadı. Onun üstündə heç bir şey qalmadı. Salonda yeni bir çığırtı qopdu. Artıq qız çılpaq rəqs edirdi…

…Artıq bizim gecə restoranə barədə təsəvürümüz var idi… Restorandan çıxıb getdik”.

(yenisabah.az)

Related Articles

Bir cavab yazın

Back to top button