Maraqlı

Xəzərin sirli sakini Runanşah – VİDEO

Xəzərdə əsrlərdir ki, sirli və mifik varlığın yaşadığı haqqında əfsanələr mövcuddur.

Qlobal.net xəbər verir ki, orta əsrlərdə Azərbaycana səfər etmiş səyyahların xatirələrində Xəzərdə yaşayan qəribə canlılar haqqında məlumatlar yer alıb. Misal üçün, Övliya Çələbi “Səyahərnamə”sində Xəzər sahillərində rast gəldiyi qeyri-adi varlıqdan bəhs edir. Buna bənzər məlumatlara Adam Olearinin Qafqaza səyahəti zamanı qələmə aldığı qeydlərində də rast gəlinir.

Xəzər dənizi ilə bağlı əfsanə və rəvayətlərdən biri də tərcümədə adı “Sular hökmdarı” mənasını verən Runanşahla bağlıdır.

Deyilənlərə görə, güclü bədən quruluşuna malik Runanşahın boyu 160 sm-dir. Saçları tünd-yaşıl, sərisi mavi-gümüşü rəngdədir. Boğazının altında isə qəlsəmələr var. Üzü insan simasına bənzəsə də, qulaqları və çənəsi yoxdur.

Davamı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button