Cəmiyyət

İlhaməyə qarşı çaşmaq olar?- Keçmiş müstəntiq sirləri açdı

Son günlərdə keçmiş müstəntiq və yazıçı Müşfiq Abbasovun sosial şəbəkələrdə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Qlobal.net xəbər verir ki, onun son statusu insan eqosu ilə bağlıdır.

“İnsanı həyatda bədbəxt edən cəhətlərdən biri də onun eqosudur. Eqolu insana toxunan bir şey de, gecə-gündüz qisas haqqında düşünəcək. Özünü hamıdan üstün bilən bu eqolar əslində psixi xəstələrdir. “Mən, mən və yenə də mən” deyən bu adamlar tərifi xoşlayır və daim yaltaq adamlara ehtiyac duyur. Rəhmətlik İlhamə Quliyeva da eqosundan bıçaq atıb jurnalist Mehriban Hüseynovaya yüngül dərəcəli xəsarət yetirmişdi. Ondan soruşdum ki, “axı Mehriban xanıma niyə bıçaq atdınız?” Dedi ki, “mənə, İlhaməyə qarşı çaşmaq olar?”.

Dedim ki, siz cinayət etmisiniz, buna görə sizi cinayət məsuliyyətinə cəlb edəcəm. Dedi, “mən qanunu da bilirəm, bu cinayət deyil”. 3 gün sonra İlhamə öldü və buna görə barəsindəki cinayət işini xitam etdim. Bax, bu eqo bizi insanlıqdan çıxarır. Adam elə zənn edir ki, hər şeyi hamıdan çox bilir və onun dedikləri mütləq qəbul olunmalıdır. Siz də yəqin belə insanları tanıyırsınız….

Related Articles

Bir cavab yazın

Back to top button