Şou-biznes

“Maykl Ceksonun qadın variantı” – Əməkdar artisti ələ saldılar

Əməkdar artist Lalə Məmmdova yeni imici ilə maraqlı açıqlamalar verib. 

Qlobal.net xəbər verir ki, ifaçı “İncə səhər”də  sevgi haqqında danışıb.

Sənətçi kişilərin sevgini dəyərini ancaq itirəndən sonra anladıqlarını bildirib:

“Sevgini yalnız layiq olanla yaşamaq lazımdır. İnsan yalnız sevgisinin dəyərini bilən bir insanla birlikdə olmalıdır. Sevənlər danışanda özlərini itirirlər. Əsl sevgi özündən çox qarşındakını düşünmək deməkdir. Kişilər əsl sevginin dəyərini qadını itirib, o boşluğa düşəndə anlayırlar. Mən sevdimsə, qəlbən sevirəm. Siləndə də birdəfəlik silirəm”.

Həmin görüntülər sosial mediada müzakirələrə səbəb olub. Sənətçinin yeni görünüşü insanlar arasında fikir ayrılığı yaradıb.

İstifadəçilər videonun şərh bölməsinə “Heyif sizin əvvəlki gözəlliyinizdən”, “Özünü nə hala salıb”, “Maykl Ceksonun qadın variantı” kimi şərhlər yazıblar. (yenisabah.az)

Related Articles

Bir cavab yazın

Back to top button