Şou-biznes

Azərbaycanlı idmançı lüt halda avtomobil idarə etdi – VİDEO

İdmançı Hidayət Məhərrəmli lüt halda avtomobil idarə edərək paylaşım edib.

Qlobal.net xəbər verir ki, dünya səviyyəli uğurları ilə tanınan azərbaycanlı bodibilding üzrə dünya çempionu Hidayət Məhərrəmli bu dəfə idman nailiyyətləri ilə deyil, qalmaqallı davranışı ilə gündəmə gəlib. Sosial şəbəkədə yayılmış görüntülərdə tanınmış idmançının avtomobili tamamilə çılpaq vəziyyətdə idarə etdiyi açıq-aydın görünür. Həmin videonu idmançının özü şəxsi hesabında yayımlayıb və bu, qısa müddət ərzində sosial mediada ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan paylaşım bir çoxları tərəfindən əxlaqa zidd və nümunəvi davranışdan uzaq kimi qiymətləndirilib.

Qeyd edək ki, Hidayət Məhərrəmli son illərdə bir neçə beynəlxalq turnirdə Azərbaycan bayrağını zirvəyə qaldırmış idmançılar arasında yer alıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Xəbər Magazin (@xeber_magazin)

Related Articles

Bir cavab yazın

Back to top button