Oruc tutarkən bədəndə nə baş verir?

Oruc tutarkən bədəndə nə baş verir?

Dünyada milyonlarla müsəlmanın oruc tutduğu Ramazan ayı 2025-ci il martın 1-də başlayır. Bəs oruc tutmaq sağlamlığa necə təsir edir? 30 gün oruc tutanın bədənində nə baş verir?

Qlobal.net bildirir ki, İnsan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlaya bilir. Yəni, bağırsaqlar son yeməkdə qəbul edilən bütün qidaları tamamilə həzm etdikdə.

Sonrakı mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyərdə və əzələlərdə qlükoza üz tutur. Qlükoza istehlak etdiyi zaman növbəti enerji mənbəyi bədəndəki yağdır.Yağ yandırmaq arıqlamağa, xolesterol səviyyəsini aşağı salmağa və diabet riskini azaltmağa kömək edir. Digər tərəfdən qanda şəkər azaldıqca bədəndə zəiflik və süstlük yaranır. Aclıq səviyyəsi ən yüksək həddə çatdıqda, baş ağrısı, ürəkbulanma və ağız qoxusu da simptomlara əlavə olunur.

3 -7-ci gün: Su içməyə diqqət edin 
Orqanizm oruc tutmağa öyrəşməyə başlayır. O, yağı istehlak edib qan şəkərinə çevirir. Sahur və iftar vaxtları arasında su qəbulu azaldığı üçün bədəndə tərləmə sürətlənir və maye itkisi artır. İftar və sahurda yeməklərdə lazımi miqdarda karbohidrat və bəzi yağlardan istifadə etmək enerji istehsalı üçün vacibdir. Balanslaşdırılmış pəhriz vasitəsilə zülal, duz və su kimi müəyyən qida maddələrini almaq vacibdir.

8-15-ci gün: Orqanizm Oruc tutmağa öyrəşir
Bədəniniz artıq üçüncü mərhələyə keçir və bədən demək olar ki, tamamilə oruc tutmağa uyğunlaşır.. İngiltərədəki Kembric Universiteti Xəstəxanasının Anesteziya və Reanimasiya üzrə məsləhətçisi Dr. Razeen Mahroof deyir ki, bu mərhələnin bədənə də bəzi müsbət təsirləri var. “Gündəlik həyatda çox daha çox kalorili qida istehlak edirik və bədənimiz xəstəliklərdən sağalmaq kimi vacib işləri yerinə yetirə bilmir.” “Oruc zamanı bu vəziyyət yenidən balanslaşdırılır. Orqanizm yenidən daha vacib funksiyalarına diqqət yetirir və onun infeksiyalarla mübarizə aparması və xəstəliklərdən sağalması asanlaşır”.

16 – 30-cu gün: Detoks vaxtı 
Ramazan ayının ikinci yarısında yoğun bağırsaq, böyrəklər və dəri toksinlərdən təmizlənməyə başlayır. Dr. Mahroof deyir ki, bu dövrdə orqanlar maksimum gücünə qayıdırlar. O vurğulayır ki, yaddaş və konsentrasiya yenidən güclənərkən, enerji də artır. “Oruc insana əzələləri qoruyaraq arıqlamağa kömək edir. Amma oruc tutma müddəti günlərlə və ya həftələrlə uzadıldıqda, vücudunuz inkişaf etmiş aclıq rejiminə keçir, enerji üçün zülaldan istifadə edir və əzələlərinizə dönməyə başlayır”

Səbinə
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button