Maraqlı

Azərbaycan təhlükəsizlik orqanları Həzrət Abbası niyə axtarışa vermişdi? – VİDEO

Azərbaycanlıların adına and içdiyi müqəddəs şəxslər arasında IV İslam xəlifəsi Hz. Əlinin övladı Hz. Abbasın da adı yer alır. Belə ki, Hz. Abbas Kərbala döyüşündə yüksək şücaəti ilə tarixə düşüb.

Qlobal.net xəbər verir ki, 1960-cı ildə Hz. Abbas Azərbaycan təhlükəsizlik orqanları tərəfindən axtarışa verilib.

Bunun səbəbi çox maraqlıdır. Belə ki, 1960-cı ildə cənub rayonlarının birində kolxoz sədri həbs olunur və o, kolxoz işçisini qətlə yetirməkdə şübhəli bilinir.

O, istintaqa verdiyi ifadəsində belə bir cümlə işlədir ki, bir Hz. Abbas bilir ki, mənim bu işdə əlim yoxdur.

Onun ifadəsi Rus dilinə tərcümə olunur və təhlükəsizlik orqanlarınım sədri Aleksandr Kardaşova verilir.

Kardaşov həmin ifadəni oxuduqdan sonra həmin istintaq sənədlərinin üstünə belə bir dərkənar yazır: “Nemedlenno nado nayti Xazrat Abbasa”, yəni “Təcili olaraq Həzrət Abbası tapın”.

@mushfig.akbar♬ original sound – mushfig.akbar

Qlobal.net
Murad

Related Articles

Bir cavab yazın

Back to top button