Kişi yeməyini-suyunu alırsa, daha nə istəyirsən?! – Nardaran sakini

“Bayırda-bacada sevgi olmur. Ana-ata tanımalıdır. Bilməlidir kimdir, kimlərdəndir. Onunla da gedib xoşbəxt olurduq”.
Qlobal.net xəbər verir ki, bunu Nardaran sakini Baku TV-yə müsahibəsində deyib.
Yaşlı xanım ailəlrə, qadınlara bəzi məsləhət və tövsiyələr verib:
“O vaxtlarda sevib ailə qurmaq yox idi. Ana-atanın məsləhət bildiyi ilə ailə qururduq. İxtiyarımız olmurdu ki, kişiyə deyək ki, hara gedirsən, hardan gəlirsən? İndikilər evə girən kimi kişinin telefonunu yoxlayırlar. Yoldaşım gecə 12-də gəlirdi evə. Soruşmurdum ki, hardan gəlirsən? Qayınanalı, qayınatalı evdə idim. Nə ixtiyarım var idi ki, kişi ilə spor edim”.
O xanımlara xitabən həyalı-abrılı, səbrli olmağı məsləhət bilib:
“Aza, çoxa qane olsunlar. Kişiləri incitməyin, yazıqdırlar. İndikilər gündə bir paltar istəyir. Olmaz. Bir yay, bir qış paltarı alardıq. İndiklər hər gün bir şey istəyirlər. Kişi kişidir, necə istəsə, elə də olmalıdır. Qadın gərək dözümlü olsun. Qızlarıma da deyirəm, kişi yeməyini-suyunu alırsa, daha nə istəyirsən?! Qızlarım şikayət etmir. Etsələr də, qulaq asmıram onlara”.
Посмотреть эту публикацию в Instagram