Şou-biznes

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı SİRLƏRİ AÇDI: ailəsi dağıldı, hamı ondan…

Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovanın (Sima) bacısı Rəna “Həftənin qonağı” verilişində yer alıb.

Qlobal.net xəbər verir ki, o, illər sonra bacısının qətlindən danışıb. O, bacısının iş adamı Şeyda Novruzov tərəfindən öldürülməsi haqda sualları cavablandırıb:

“Məndən 10 yaş böyük idi. Mənim üçün ikinci ana idi. 21 yaşında öldü. Hadisə 1998-ci il 27 dekabrda baş verib. Sima qətlə yetirildi. Məşhur restoranlarda çıxış edirdi. Bacım sərt idi, ona söz demək olmurdu. Bir az sakit olsaydı, bu hadisə baş verməzdi. Orada Samir Bağırov və bir neçə dostları var idi. Mübahisə Şeyda Novruzov ilə Sima arasında oldu. Mübahisə Samirə görə oldu. Samiri çox istəyirdi və bizdə yaşayırdı. Bu da Şeydanın xoşuna gəlmədi. Dalaşıblar, sonuncu sözü o olub ki, kişisən vur. O da bacımı vurub.

İllər sonra orada çalışan xadiməçi ilə görüşdüm. Dedi, elə vəziyyət idi ki, hamı hər şeyi atıb qaçdı. Məsələnin hər şeyini anam bilirdi. Anam heç onun məzarına getməyib, bütün xatirəsini cırıb atdı. Simadan sonra nənəm, babam, anam – heç kim ayılmadı. Hamının həyatı puç oldu”.

O, “Niyə elə düşünürsünüz ki, Samirə görə olub” sualına “Samir məni görəndə öpür, qucaqlayır. Amma heç kim orada baş verəni demək istəmir. Bəlkə hadisə zamanı onu tez götürsəydilər ölməzdi. Amma hadisədən sonra hamı qaçıb, 1 saat bacım qalıb. Şeyda bacımın sevgilisi idi. Samiri başa düşmədik. Samiri sanki qorxutdular. Dedilər ki, Samirin üstündə olub. Bacım dostu üçün dəfələrlə dava edib. Hadisədən sonra Şeyda Bakıdan qaçdı. Pasportunu, görünüşünü dəyişib. Rusiyda 5 il sonra tapıldı və Bakıya gətirildi. 10 il həbs verdilər. Amma həbsxanada vəfat etdi. Hadisədən sonra onun ailəsi dağıldı, hamı ondan üz döndərdi” cavabını verib.

Aparıcı Ülvira Qarayeva isə “Şeyda Simanın qulağına nəsə deyib, hamı qaçıb. Şeyda Simanın, Sima da onun başına şüşə vurub. Onlar sevgili idi” sözlərini əlavə edib. (Axşam.az)

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Axşam.az (@axsamaz)

Related Articles

Bir cavab yazın

Back to top button