Şou-biznes

Dedilər ki, ərinin münasibətdə olduğu qadın var – Həyat yoldaşının xəyanətindən danışdı

Müğənni Leyla Rəhimova ailəsinin dağılmasından danışıb.

Qlobal.net xəbər verir ki, o, ayrıldığı həyat yoldaşın Zaur Cəlillə ayrılığının səbəbini “gün üzünə çıxarıb”.

Cəsarətli etiraf edən sənətçi bunları deyib:

“Bəzi şeylər var ki, qəbulolunmazdır. Halbuki, həyat yoldaşımı çox sevdiyimi üçün dözmüşəm. Xəyanətə görə ailə dağılmır. Mənə demişdilər ki, ərinin münasibətdə olduğu qadın var. Heç vaxt kiməsə görə ayrılmaram, cavabını verdim. Ayrılıb həmin qadına həyat yoldaşımı hədiyyə edim? Elə şeylər var ki, xəyanətdən betər insana pis təsir edir. Bilmədən haqqımızda danışırlar. Düzünü biz bilirik. Ancaq düzünü bilən insan da dediyini danır. Mən gördüyümə inanan insanam. Elə bilirlər ki, mən özüm ailəm barədə sual verilməsini istəyirəm. Daha bu mövzunu dilə gətirməyəcəyəm. Aşağı sənətim yoxdur ki, ailədən danışıb, gündəmdə qalam. 5-6 yaşından oxuyuram. 9 yaşından isə toylardayam”.

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçmüşdü. İki il öncə Leyla Bakıya qayıdarkən Zaur “Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son” deyə, sosial şəbəkədə paylaşım etmişdi. Müğənni isə bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə xəbər tutduğunu bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button