Cəmiyyət

Qadınların pensiyaya çıxma yaşı neçə oldu? – 2025

İyulun 1-dən Azərbaycanda  qadınların pensiyaya çıxma yaşı dəyişdirilib.

Qlobal.net xəbər verir ki, bu,  qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button