Şou-biznes
Biri zəng etdi ki, Türkanın dostuyam… – Vasif onlardan gileyləndi

Əməkdar artist Vasif Məhərrəmli “Çərçivədən kənar”da borca pul istəyən tanımadığı adamlardan giley edib.
Qlobal.net xəbər verir ki, müğənni ondan borc istəyənlərin həddən çox olduğunu deyib.
“Yoruluram bundan. Tanıdığım adamı boş qaytarmıram. Tanımadığım adama necə borc verə bilərəm? Deyirəm ki, sənin üzünü də görməmişəm. Sən özünü mənim yerimdə təsəvvür et. Necə borc verə bilərsən? Biri 80 min borc istədi. Dedim 79 varımdı, birini də özün tap. Eləsi olub ki, 150 min manata ev alıb. 100 minini məndən istəyib. Belə çıxır ki, evi mən almış oluram. Biri zəng etdi ki, Türkanın dostuyam”.
Ətraflı videoda:
Посмотреть эту публикацию в Instagram