OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOLARI

Omonçuların keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.
Bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı beşə çatıb.
***
Lent.az-ın əldə etdiyi məlumata görə, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara doldurub polis idarəsinə aparıblar.
Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər.
Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermis cinayəti törətdiklərini etiraf etmək tələb olunub.
Saxlanılanlardan üç nəfər – Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdiriliblər.
Saxlanılanların Səfərov Bakir Mehdi oğlu (Azərbayçan vətəndaşı), Səfərov Asif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədimalı oğlu, Səfərov Məhəmməd Məzahir oğlu, və Səfərov Vuqar Məzahir oğlu olduğu bildirilib.
***
Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.
Nəticədə Ziyəddin və Hüseyn Səfərov, onların əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu öldürülüb.
OMON-çular onların ailə üzvlərini, o cümlədən Səfərov Bakir Mehdi oğlunu da saxlayıb.
Qlobal.net mərhum qardaşların və saxlanılan Bakir Səfərovun fotolarını təqdim edir:
(Fotoda solda, saxlanılan Bakir Səfərov, sağda öldürülən Ziyəddin Səfərov)
(OMON-çuların öldürdüyü Hüseyn Səfərov)
(modern.az)