SON DƏQİQƏ: Bakıda güclü partlayış oldu – YENİLƏNİR

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
***
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.
“Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – məlumatda qeyd olunub.
***
Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
Ətraflı məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Müdafiə Sənayesi Nazirliyi “Alov” Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
***
Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.
Partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.
Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.
Əlavə məlumat veriləcək.
***
Bakıda zavodda partlayış baş verib
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в Instagram