Cəmiyyət

Qayınata gəlini ilə ər-arvad kimi yaşadı, uşaqları oldu, qısqanıb oğlunu öldürdü – TÜKÜRPƏDƏN CİNAYƏT

Bu cinayətin üstü bəlkə də bir müddət bağlı qalacaqdı, yaxud cani daha az cəza alacaqdı… Lakin Məhəmməd adlı ata o qədər azğınlaşmıdı ki, onun gözünə heç nə görünmürdü…

Qlobal.net xəbər verir ki, hadisə Gəncənin Bağman məhəlləsində baş verir. Və ilkin bəlli olan ilkin hadisə bundan ibarət idi ki, ata öz qızını öldürmək məqsədilə arxadan bıçaqlamışdı… Qız həmin anda elə bərkdən qışqırır ki, qonşular gəlib çatır və onu təcili yardımla xəstəxanaya çatdırırlar…

Atanın hələki bəxti gətirirdi, çünki o ağır vəziyyətdə idi və ifadə verə bilmirdi. Bu müddət ərzində isə ata deyirdi ki, qızı əxlaqsızlıq edib, onun papağını yerə salıb… Həqiqət isə qızın yaralı canında yatırdı…

Çox keçmir, həkimlər qızı sağaldırlar və kələfin ucu açılır. Qız ifadə verir ki, bir müddət əvvəl itkin düşdüyü deyilən qardaşı Rəfael də, əslində atası Məhəmməd tərəfindən öldürülüb…

İş sonradan respublikanın baş prokuroru olmuş, eyni zamanda ölkənin yeganə həqiqi dövlət ədliyyə müşaviri olan Əli Ömərova tapşırılır. Hansı ki, Əli Ömərov həmin illərdə Gəncə prokurorluğunun müstəntiqi idi…

Məhz Əli Ömərovun bir neçə peşəkar sualından sonra Məhəmməd dözüm gətirmir, ifadəsindəki ardıcıllığı itirir, özünü ələ verməyə başlayır. Bu zaman müstəntiq taktika istifadə edərək deyir ki, mən sənin oğlunu öldürdüyünü bilirəm. Hətta harada basdırdığından da xəbərim var. Lakin bunları sən özün deməlisən. Gecikdirmədən desən, sənə kömək edəcəm. Buna aldanan Məhəmməd etiraf edir

Davamı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button