Qadın atası evində Kürdəmirdə istirahət edə bilməyib, ər evində Dubayın davasını aparır – Müğənnidən SƏRT AÇIQLAMA

Boşanmalar haqda efirdə səslənən fikir mübahisəyə səbəb olub.
Qlobal.net xəbər verir ki, müğənni Elnar Xəlilov vəkilə istinadən işlətdiyi “Qadınlar sərbəst olmaq üçün boşanır” fikri efirdə müzakirəyə səbəb olub.
Aparıcı İsa Şükürov müğənniyə etiraz edərək bildirib ki, bunu deyən vəkil cahildir, qadın düşmənidir:
“Hamının nəslində boşanan qadın var. Onlar sərbəst olmaq, istədiyi kişi ilə görüşmək, gecə klublarına getmək üçün boşanıb? Mənim tanıdığım ailələr var ki, nələr yaşayıblar. Məcbur olub boşanıblar. Əksər ailələrdə ailənin bütövlüyünün səbəbi qadınlardır. İşləyirlər, ərlərinə dəstək olurlar. ”
Müğənni bildirib ki, boşanmadan əvvəl mediasiya prosesi olur:
“Orda tərəflər iştirak edir. Niyə boşandıqlarını deyir. Vəkil də bu prosesdə olan biri kimi yekun nəticə çıxarıb. Qadın atası evində olanda Kürdəmirdə gedib istirahət edə bilmir. Ərə gələndə Dubaya istirahətə getməyin davasını aparır. Buna görə ailələr dağılır. Video kaset vasitəsilə tanış olan ailələr car ki, xoşbəxtdirlər, boşanmayıblar.”
Посмотреть эту публикацию в Instagram